RU

“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib

Azərbaycan İdman Akademiyasında (ASA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev təqdim olunan məruzələrin aktuallığını qeyd edərək, gənclərin elmi fəaliyyətə artan marağını müsbət qiymətləndirib. ASA-nın rektoru gənc tədqiqatçıların elmi təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini diqqətə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfrans çərçivəsində 4 doktorant, 36 magistrant və 29 bakalavr olmaqla ümumilikdə 69 nəfər məruzə ilə çıxış edib.

Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Избранный
35
7
ikisahil.az

8Источники