RU

Akif İslamzadənin durumu necədir?


Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.

Medicina.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:

"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".

Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.


Избранный
41
15
medicina.az

10Источники