Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.
News365.az bildirir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
Onun sözlərinə görə, müğəninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:
"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".
Xatırladaq ki, mayın 8-də A.İslamzadə infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.