RU

Neftin qiyməti yüksəlirsə, niyə neft qaz sektoru azalır? AÇIQLAMA

Unikal.az saytına istinadən ain.az xəbər verir.

"Bu ilin ilk rübündə müşahidə olunan mənfi dinamikanın ardından artıq aprel ayından etibarən Azərbaycan iqtisadiyyatında yenidən müsbət hərəkət görünməyə başlayıb".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və iqtisadiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıb.

"Amma neft-qaz sektorunda geriləmə var. Belə ki, neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalaraq 12 milyard 135 milyon manata düşüb. Çox vaxt sual verilir ki, neftin qiyməti yüksəlirsə, niyə neft-qaz sektorunda azalma görünür? Səbəb ondadır ki, ÜDM hesablanarkən neftin bazardakı satış qiyməti deyil, ölkədə nə qədər neft və qaz hasil olunduğu, yəni, istehsal həcmi əsas götürülür. Hasilat azalanda, qiymətlər yüksək olsa belə statistik olaraq sektorda azalma olur.

Qeyri-neft-qaz sektoru isə 0,7 faiz artaraq 27 milyard 740,1 milyon manata çatıb. Bu da iqtisadi aktivliyin getdikcə daha çox qeyri-neft sahələri hesabına formalaşdığını göstərən müsbət siqnaldır. Birinci rübdəki mənfi 0,3 faizlik nəticədən sonra dinamikanın aprel ayında müsbət 0,2 faizə keçməsi göstərir ki, bu temp qorunarsa, 2026-cı ilin sonuna ÜDM artımının təxminən 1,3-1,5 faiz civarında olacağını ehtimal etmək olar. Hətta iqtisadi aktivliyi gücləndirən əlavə qərarlar və addımlar olarsa, bu temp daha da sürətlənə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
18
unikal.az

10Источники