AZ

Ağdaşda usta işlədiyi binadan yıxılaraq ölüb

Ağdaşda
Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb. 1news.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib. Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
47
8
1news.az

10Mənbələr