AZ

Usta işlədiyi binadan yıxılaraq öldü

Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

 

Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib.

 

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
47
8
sfera.az

10Mənbələr