AZ

Ağdaşda usta işlədiyi binadan yıxılaraq ölüb

Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb...

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib.

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Poliqon.info

Seçilən
41
8
poliqon.info

10Mənbələr