AZ

Usta işlədiyi binadan yıxılaraq öldü

Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.

KONKRET.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib.

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
43
8
konkret.az

10Mənbələr