Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.
Axar.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib.
Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.