BAKI, TurkicWorld
Rusiya xarici işlər naziri Sergey Lavrov İsrail ilə İran arasında elan olunan atəşkəslə bağlı ilk açıqlamasını verib.
TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunduğu bildirilən atəşkəsin davamlılığına dair şübhələr olduğunu deyən Lavrov, hələlik yekun nəticə çıxarmağın tez olduğunu vurğulayıb.
“Hazırda hər hansı qəti nəticə çıxarmaq çox çətindir. Atəşkəs elan olunduqdan sonra belə, İsrail və İran arasında qarşılıqlı zərbələr barədə xəbərlər yayıldı. Ona görə gəlin, parçalanmış və təsdiqlənməmiş məlumatlar əsasında tələsik nəticələr çıxarmayaq” – deyə Lavrov bildirib.
Lavrovun bu açıqlaması bölgədə sabitliyin hələ də kövrək olduğunu və atəşkəsin real olaraq qüvvədə qalmasının qeyri-müəyyənliyini göstərir.