AZ

Azərbaycanda Rusiyadan gətirilən böyük miqdada soğan halqaları partiyası məhv edilib – Fotolar


Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kiloqram soğan halqası məhsulundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
 Məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.

Seçilən
6
15
yeniavaz.com

10Mənbələr