AZ

Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi Fotolar

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kiloqram soğan halqası məhsulundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

 Məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
11
yeniavaz.com

10Mənbələr