"Arsenal" heyətini Martin Subimendi ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Arsenal" ispaniyalı yarımmüdafiəçi üçün "Real Sosyedad"a 65 milyon avro ödəyəcək. Onunla uzunmüddətli müqavilə imzalanacaq.

Subimendi yeni klubunda 32 nömrəli formanı tərlədəcək.

O, "Arsenal"ın bu yayki ilk transferi olub.