AZ

"Beşiktaş"  transferi tamamladı: Jens Cajuste İstanbula gəlir!

Transfer dövrünə sürətli başlayan "Beşiktaş", üçüncü transferini də reallaşdırıb. 

Sherg.az xəbər verir ki, sol cinah müdafiəçisi David Jurasek və hücumçu Tammy Abrahamdan sonra "Beşiktaş", "Napoli" ilə Jens Cajuste üçün icarə müqaviləsi bağlayıb. Müqavilədə şərti satınalma hüququ da var.

İsveçli yarımmüdafiəçi üçün "Beşiktaş" 1 milyon avro icarə haqqı, 6,5 milyon avro isə şərti satınalma məbləği ödəyəcək. 25 yaşlı futbolçunun tezliklə İstanbula gələrək tibbi müayinədən keçib müqavilə imzalayacağı bildirilir. 

Cajuste ötən mövsüm "Ipswich Town"da 33 oyuna çıxıb, 1 qol və 1 asist edib.
Seçilən
10
12
sherg.az

10Mənbələr