AZ

"Real Sosyedad"ı "Arsenal"a dəyişdi

"Arsenal" klubu "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin transfer edib.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, London təmsilçisi 26 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Məbləğ bir neçə mərhələdə ödəniləcək.

Subimendi ötən mövsüm "Real Sosyedad"ın heyətində bütün turnirlər üzrə 48 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Transfermarkt portalı ispaniyalı futbolçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Martin Subimendi İspaniya millisinin heyətində 19 oyun keçirib və bu qarşılaşmalarda 2 qolla yadda qalıb.

Seçilən
20
17
90deqiqe.az

10Mənbələr