AZ

“Arsenal”dan 65 milyonluq transfer

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Real Sosyedad”dan Martin Subimendini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının iddiasına görə, “Arsenal” ispaniyalı futbolçu üçün 65 milyon avro ödəyib.

Subimendi başa çatan mövsümdə 48 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Seçilən
15
6
futbolpress.az

10Mənbələr