AZ

ABŞ-ın İranın nüvə obyektlərinə vurduğu zərbələr: Real ziyan bəlli oldu

İranın üç nüvə obyektindən yalnız biri ABŞ-ın zərbələri nəticəsində ciddi zədələnib.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ-ın vurduğu uranın zənginləşdirilməsi üzrə üç obyektindən biri demək olar ki, tamamilə dağıdılıb. Bununla belə, digər iki obyektə o qədər də ciddi ziyan dəyməyib”, - məlumatda deyilir.

ABŞ-ın hazırkı və keçmiş beş rəsmisinə görə, bu ziyan İranın nüvə proqramını həmişəlik dayandırmaq üçün kifayət etməyib və Tehranın yaxın aylarda uranın zənginləşdirilməsinə yenidən başlaya biləcəyi bildirilir.

ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-nə keçən gecə Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə zərbələr endirib. ABŞ prezidenti Donald Tramp deyib ki, prezidentin əməliyyatın “əsas hədəfi” adlandırdığı Fordoya “tam bombalar” atılıb.

Seçilən
67
49
publika.az

10Mənbələr