AZ

İran ABŞ-ni nüvə danışıqlarının pozulmasında ittiham etdi

İranın xarici işlər naziri Abbas Əraqçı 2015-ci il nüvə sazişi ilə bağlı danışıqların uğursuzluğunda ABŞ-ni ittiham edib. Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Abbas Əraqçı “X” hesabında paylaşım edərək bildirib ki, Vaşinqton bu ilin iyununda razılaşmadan çıxmaqla və danışıqlar masasını tərk etməklə prosesi pozub.

Əraqçı həmin fikirləri Avropa üçlüyünün (Almaniya, Fransa, Britaniya) və Aİ nümayəndələrinin iştirakı ilə keçirilən telekonfransdan sonra səsləndirib. Onun sözlərinə görə, ABŞ dialoqu deyil, hərbi təzyiq yolunu seçib və danışıqların növbəti mərhələsi yalnız “ədalətli və qarşılıqlı faydalı” razılaşma üçün hazırlıq yarandıqda mümkün ola bilər.

Nazir Aİ-ni İrana qarşı təzyiq və təhdid siyasətindən əl çəkməyə çağırıb və Avropanın belə davranış üçün nə mənəvi, nə də hüquqi əsasının olmadığını vurğulayıb.

Avropa üçlüyü isə İrana avqustun sonuna qədər vaxt verib – əgər nüvə razılaşması əldə olunmasa, yeni sanksiyalar gündəmdədir.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
56
40
missiya.az

10Mənbələr