AZ

İran ABŞ-la nüvə danışıqlarının növbəti raundunu planlaşdırmır

İran ABŞ-la nüvə danışıqlarının növbəti raundunu planlaşdırmır

İran hazırkı vəziyyətdə ABŞ ilə İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.

AFN.az xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

“İndiki vəziyyətdə bizim ABŞ-la dialoqu davam etmək planımız yoxdur, halbuki diplomatiya, fikrimizcə, milli maraqları qorumaq üçün bir vasitə və fürsətdir və nə vaxt bu vasitə xalqın hüquqlarını və iranlıların milli maraqlarını qorumaq üçün istifadə oluna bilərsə, biz bu məsələdə tərəddüd etməyəcəyik”, - deyə o, həftəlik mətbuat konfransında deyib.

Seçilən
14
50
afn.az

10Mənbələr