Çin Avropa İttifaqından Rusiyaya əməkdaşlığa qarışmamağı xahiş edib.
KONKRET.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Çjakun Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiya paketi ilə bağlı açıqlamasında bildirib ki, Çin və Rusiya şirkətləri arasındakı normal münasibətlər və əməkdaşlıq heç bir xarici müdaxilə və təsirə məruz qalmamalıdır.
O vurğulayıb ki, Çin tərəfi Avropa tərəfinin Çin müəssisələrinin qanuni maraqlarına faktiki əsas olmadan zərər vurmağı dayandırmasını tələb edir.
Müşviq Tofiqoğlu
KONKRET.az