AZ

"Benfika" "Real"ın futbolçusunu icarəyə götürmək istəyir

"Real"ın yarımmüdafiəçisi Braim Dias karyerasını Portuqaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Record"a istinadən yaydığı məlumata görə, Joau Feliksin "Benfika"ya qayıdışı baş tutmadıqdan sonra Lissabon təmsilçisi orta xətti gücləndirmək məqsədilə Braim Diasın icarəyə götürülməsində maraqlıdır. Artıq Portuqaliya klubu "Real" rəhbərliyi ilə və 24 yaşlı futbolçunun agentiylə danışıqlara start verib.

Mərakeş millisinin üzvü ötən mövsüm "kral klubu"nun heyətində bütün turnirlərdə 56 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Braim Diasın bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Seçilən
31
42
90deqiqe.az

10Mənbələr