AZ

“Qarabağ” səfərdə “Şkendiya”ya qarşı

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. 

QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gələcək. Skopyedəki “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. 

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

VAR: Mixal Oçenaşa

AVAR: Boris Marhefkaya 

(Hakimlər briqadası Slovakiyadandır)

Skopye, “Todor Proeski” stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
4
qol.az

8Mənbələr