sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.Sport24.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Skopyedə "Şkendiya" ilə qarşılaşacaq.
Slovakiyalı hakimlər briqadasının idarə edəcəyi görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Bu komandalar arasında cavab qarşılaşması isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" duelində üstün olan tərəf Çempionlar Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç
VAR: Mixal Oçenaşa
AVAR: Boris Marhefkaya
(Hakimlər briqadası Slovakiyadandır)
Skopye. "Todor Proeski" stadionu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.