AZ

“Qarabağ” “Şkendiya” səfərində – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. 

İdmanxeber.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gələcək.  Toşe Proeskinin adını daşıyan stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. 

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

VAR: Mixal Oçenaşa

AVAR: Boris Marhefkaya 

(Hakimlər briqadası Slovakiyadandır)

Skopye, “Todor Proeski” stadionu

Seçilən
1
4
idmanxeber.az

8Mənbələr