Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.Son Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gələcək. Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Todor Proeskinin adını daşıyan stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mətləb