AZ

“Qarabağ” səfərdə “Şkendiya”ya qarşı 

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. 

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gələcək. Skopyedəki “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. 

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

VAR: Mixal Oçenaşa

AVAR: Boris Marhefkaya 

(Hakimlər briqadası Slovakiyadandır)

Skopye, “Todor Proeski” stadionu

 

Seçilən
21
4
ikisahil.az

8Mənbələr