AZ

Nepalda iğtişaşlar davam edir: Baş nazir istefa verdi

Nepalın Baş naziri Khadqa Prasad Şarma Oli ölkədə iki gün davam edən kütləvi etirazlar fonunda istefa verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Qeyd edilir ki, etirazlar zamanı baş nazir və hökumətin istefası tələb olunub.
 
Federal Parlament binası və Katmandudakı digər obyektlərin qarşısında keçirilən aksiyalar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə 20 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.
 
Katmandu vadisində komendant saatının tətbiq edilməsinə və təhlükəsizlik qüvvələrinin olmasına baxmayaraq, etirazlar davam edir.
Seçilən
39
23
moderator.az

10Mənbələr