AZ

Baş nazir kütləvi etirazlardan sonra istefa verib

Nepalın baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etirazlarla əlaqədar istefa verib.

 NOCOMMENT.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Prakaş Silval məlumat verib.

Nepalın baş naziri bundan əvvəl ölkənin ordu rəisi general Aşok Rac Siqdelə müraciət etmişdi ki, ölkədə davam edən etirazlar fonunda vəziyyətin nəzarət altına alınmasına kömək etsin. “India Today”-in məlumatına görə, general baş naziri istefaya çağırmışdı, çünki o, yalnız bundan sonra hərbçilərin vəziyyəti sabitləşdirə biləcəyinə inanırdı.

Sentyabrın 8-də Katmanduda minlərlə nümayişçinin hökumətin sosial media və mesajlaşma proqramlarını məhdudlaşdırmaq qərarına və korrupsiyaya qarşı etiraz etdiyi “Z nəslinin inqilabı” adlı etiraz aksiyası keçirilib. Etirazçılar əsasən gənclər olub. “India Today” telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silah, su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. 19 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Etiraz aksiyaları ölkənin bir sıra digər böyük şəhərlərində də keçirilib.

Sentyabrın 4-də Nepal hökuməti müəyyən edilmiş müddətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən Facebook, Instagram, WhatsApp (Rusiyada ekstremist kimi tanınan “Meta” korporasiyasına məxsusdur) və digər sosial şəbəkələrə məhdudiyyətlər qoyub. Sentyabrın 9-da hakimiyyət məhdudiyyətləri aradan qaldırıb. 

Seçilən
33
23
nocomment.az

10Mənbələr