Nepalın baş naziri Şarma Oli ölkədəki iğtişaşlar fonunda istefa verib.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, Oli, mövcud böhranın konstitusiya yolu ilə həllinə zəmin yaratmaq üçün vəzifəsindən getməyə qərar verdiyini bildirib.
Nepalda kütləvi etirazlar ölkədə “YouTube”, “X”, “LinkedIn”, “Reddit”, “WhatsApp”, “Facebook” və “Instagram” da daxil olmaqla bir sıra iri sosial şəbəkələrin bloklanmasından sonra başlayıb. Etirazlar tezliklə etirazçılarla polis arasında toqquşmaya çevrilib.