AZ

Nepalın Baş naziri istefa verib

Nepalın Baş naziri KP Şarma Oli (Khadga Prasad Sharma Oli) sosial şəbəkələrə giriş qadağasına görə başlanan, 19 nəfərin həyatını itirdiyi etirazlara görə istefa verdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Nepalda sosial şəbəkələrə giriş qadağasına qarşı başlanan, 19 nəfərin həyatını itirdiyi və 400-dən çox şəxsin yaralandığı aksiyalar davam edir.

“Kathmandu Post” qəzetinin xəbərinə görə, kütləvi etirazlar və hökumətə qarşı artan reaksiyalardan sonra Baş nazir KP Şarma Oli istefa verdiyi açıqlanıb.

Nepalın Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Qurung isə müxalifətin iddialarının əksinə olaraq Baş nazir KP Şarma Oli istefa etməyəcəyini bildirmişdi.

Prithvi Subba Qurung sosial şəbəkələrə qoyulan qadağanın “tezliklə” qaldırılacağını da qeyd etmişdi.Qeyd edək ki, kütləvi etirazlarla sarsılan ölkədə daxili işlər naziri Rameş Lekhakdan sonra kənd təsərrüfatı və heyvandarlıq naziri Ramnath Adhikari də istefa verdiyini açıqlamışdı.

Seçilən
46
23
cebheinfo.az

10Mənbələr