Nepal hakimiyyəti ölkədə "Z nəsli nümayişləri" adlandırılan kütləvi etirazlar fonunda sosial mediada bloklamanı aradan qaldırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, keçən həftə səlahiyyətlilər dövlət qurumlarında qeydiyyatdan keçmədiklərini bildirərək ölkədəki bir çox sosial media platformalarını bloklayıblar. Qadağa Facebook və YouTube daxil olmaqla 26 platformanı əhatə edib.
Buna cavab olaraq sentyabrın 8-də minlərlə gənc Katmandu və digər şəhərlərdə küçələrə çıxıb və ölkədə sosial mediaya girişin qadağan edilməsinə və korrupsiyaya etiraz ediblər. Təşkilatçıların “Z nəslinin nümayişləri” adlandırdıqları etirazlar son onilliklərdə ölkədə ən böyük etiraz aksiyaları olub.
Mitinqlər iğtişaşlara çevrilib. Polis etirazçılara qarşı su şırnaqlarından, dəyənəklərdən və rezin güllələrdən istifadə edib. Ən azı 19 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Etiraz aksiyaları sentyabrın 9-da da davam edib. Etirazçılar baş nazir Şarma Olinin və keçmiş hökumət başçısının iqamətgahını yandırıblar. Onlar siyasi partiyaların qərargahlarına da hücum ediblər.
BBC-nin məlumatına görə, Nepalın baş naziri artıq istefa verib və "indiki böhranın konstitusiya yolu ilə həllinə yol açmaq" istədiyini bildirib. Üç nazir də istefa verib.
Musavat.com