AZ

Moskvada sərnişin təyyarələri toqquşdu

Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Milli.Az xəbər verir ki, Moskvadan Sankt-Peterburqa FV6097 reysini həyata keçirən "Sukhoi Superjet 100" və Pekinə yola düşməyə hazırlaşan Hainan Hava Yollarına məxsus "Airbus A330" (HU7986) təyyarəsi uçuş-enmə zolağı ilə hərəkət edərkən bir-birinə toxunub.

"Superjet" quyruğunu, "Airbus" isə qanadını zədələyib.

Ahdisə nəticəsində heç kim xəsarət almayıb. (APA)

Milli.Az

Seçilən
17
12
milli.az

10Mənbələr