AZ

Moskvada iki təyyarə toqquşdu

Moskvanın Şeremetyevo hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, toqquşan təyyarələr Moskvadan Sankt-Peterburqa uçan "Sukhoi Superjet 100" və Pekinə yola düşməyə hazırlaşan Hainan Hava Yollarına məxsus "Airbus A330"dur.

Toqquşma zamanı "Superjet"in quyruğu, "Airbus"ın isə qanadı zədələnib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Qəzanın səbəbi açıqlanmayıb.

Seçilən
15
12
publika.az

10Mənbələr