Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.
News24.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Moskvadan Sankt-Peterburqa FV6097 reysini həyata keçirən “Sukhoi Superjet 100” və Pekinə uçuşa hazırlaşan “Airbus A330” (HU7986) təyyarəsi uçuş-enmə zolağı ilə hərəkət edərkən bir-birinə dəyib.
“Superjet” quyruğunu, “Airbus” isə qanadını zədələyib.
Toqquşma zamanı xəsarət alan olmayıb.