AZ

Moskvada iki sərnişin təyyarəsi toqquşub

Moskvanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvadan Sankt-Peterburqa FV6097 reysini həyata keçirən “Sukhoi Superjet 100” və Pekinə yola düşməyə hazırlaşan Hainan Hava Yollarına məxsus “Airbus A330” (HU7986) təyyarəsi uçuş-enmə zolağı ilə hərəkət edərkən bir-birinə toxunub.

“Superjet” quyruğunu, “Airbus” isə qanadını zədələyib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Seçilən
24
12
sherg.az

10Mənbələr