AZ

Rusiyada iki sərnişin təyyarəsi TOQQUŞDU - FOTO

Rusiyanın Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Bizim.Media xəbər verir ki, uçuş zolağında hərəkət zamanı Airbus A330 təyyarəsi qanadı ilə Sukhoi Superjet 100 təyyarəsinə toxunub.

Məlumata görə, Superjet 100 həmin vaxt Sankt-Peterburqa uçmalı idi. Nəticədə təyyarənin quyruq hissəsi zədələnib.

Hadisə zamanı "Sukhoi" təyyarəsinin göyərtəsində təxminən 100 sərnişin olub. Xəsarət alanlarla bağlı məlumat verilməyib, lakin bütün sərnişinlər təxliyə olunub.

Hadisə səbəbindən Moskva–Peterburq reysi gecikib.


Bizim.Media

Seçilən
17
12
bizim.media

10Mənbələr