AZ

Lənkəranda avtomobil 61 yaşlı velosipedçini vurdu

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Vel kəndi ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi velosipedçi Lənkəran rayonunun Xolmili kənd sakini 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub.

Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin bir neçə nahiyyəsini əhatə edən açıq yaraları diaqnozu qoyublar.

R.İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
8
nocomment.az

10Mənbələr