AZ

Lənkəranda velosipedçini maşın vurdu

Lənkəran rayonunda velosipedçini maşın vurub.

Yenisabah.az  xəbər verir ki, hadisə Vel kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil velosipedçi – 1964-cü il təvəllüdlü Xolmili kənd sakini Rəfail İmanovu vurduqda o, ağır xəsarətlər alıb və təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Marqarita pizza

Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, koma və bədənin müxtəlif nahiyələrində açıq yaralar diaqnozu qoyublar. Rəfail İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
26
8
yenisabah.az

10Mənbələr