AZ

Lənkəranda avtomobil velosipedçini vurdu

Ajans.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Vel kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi velosipedçi Lənkəran rayonunun Xolmili kənd sakini 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin bir neçə nahiyyəsini əhatə edən açıq  yaraları diaqnozu qoyublar. R.İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
8
Ajans.az

10Mənbələr