Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Lənkəran rayonunun Vel kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi velosipedçi Lənkəran rayonunun Xolmili kənd sakini 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin bir neçə nahiyyəsini əhatə edən açıq yaraları diaqnozu qoyublar. R.İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.