AZ

Lənkəranda ağır yol qəzası – velosipedçi xəstəxanaya yerləşdirilib

Lənkəran, 21 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil velosipedçi – Lənkəran rayonunun Xolmili kənd sakini, 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub.

Nəticədə velosipedçi ağır xəsarətlər alıb və təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, koma və bədənin müxtəlif nahiyələrində açıq yaralar diaqnozu qoyublar. Rəfail İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
54
8
azertag.az

10Mənbələr