Azərbaycanlı FİFA referisi Knyaz Əmiraslanov futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) oyunlarına təyinat alıb.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Knyaz Əmiraslanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.
Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci hakim olacaq. O, həmin gün baş tutacaq “Riqa” (Latviya) – “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim kimi çalışacaq. Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” – “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim funksiyasını yerinə yetirəcək.
Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb. Amma Əmiraslanovun həmin görüşdə də iş başında olacağı şübhə doğurmur.
Xatırladaq ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.