AZ

“Şəmkir” üçün müvəqqəti baş məşqçi

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəmkir” komandasına müvəqqəti baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Vüqar Nadirovla yolların qarşılıqlı razılıq əsasında ayrılmasından sonra “Şəmkir”i müvəqqəti olaraq baş məşqçinin köməkçisi Kamran İsmayılov çalışdıracaq. O, qarşıdakı oyunlarda komandaya rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.

Xatırladaq ki, Vüqar Nadirov İkinci Liqanın 6-cı turu çərçivəsində evdə “Qaradağ Lökbatan”dan alınmış 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək, əməkdaşlığa son qoymuşdu.

Geridə qalmış 6 turda 9 xal toplamış “Şəmkir” hazırda İkinci Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Sonda onu da qeyd edək ki, Vüqar Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin sükanı arxasında idi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurub. Bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan komandaya qayıtmışdı.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
5
arena.az

10Mənbələr