Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Masazırda baş tutub.
“Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib. Məlum səbəblərdən, Naxçıvan klubu rəqibini “Masazır Arena”da “qəbul edib”. Qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Dörd qolun qeydə alındığı bu görüşdə “Sabah” iki dəfə hesabda önə keçsə də, hər iki halda naxçıvanlılar bərabərlik qolunu vurmağı bacarıblar.
Günün digər qarşılaşması isə “Zirə” ilə “Sumqayıt” arasında baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.
Daha öncə “Karvan” “Turan Tovuz”a 1:2, “Kəpəz” “İmişli”yə 0:3 hesabıyla uduzub. Tura sabah yekun vurulacaq.
Premyer Liqa
9-cu tur
25 oktyabr
“Araz-Naxçıvan” – “Sabah” 2:2
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

