AZ

ABL: “Sərhədçi” “Naxçıvan”a, “Neftçi” “Abşeron Lions”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutub.

Günün ilk oyununda “Sərhədçi” “Naxçıvan”la üz-üzə gəlib. B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb – 76:69.

Günün ikinci görüşündə “Neftçi” “Abşeron Lions”la münasibətlərə aydınlıq gətirib. A qrupunun qarşılaşması “Abşeron Lions”un qələbəsi ilə yekunlaşıb – 100:95.

Tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81) məğlub edib.

A qrupu: Sabah – 8. Abşeron Lions – 8. Gəncə – 4. Neftçi – 4. Şəki – 3. NTD – 3.

B qrupu: Ordu – 8. Naxçıvan – 7. Lənkəran – 6. Quba – 6. Sərhədçi – 5. Sumqayıt – 4.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
23
34
arena.az

10Mənbələr