AZ

“Traktor” 3 xalı 5 cavabsız qolla qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 8-ci tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə darmadağına seviniblər – 5:0. Əmirhüseyn Hüseynzadə het-trik (18, 61, 64) edib. Digər qolları Reqi Luşkya (52) və Məsud Kazemeini (87) vurublar.

Beləliklə, “Traktor” cari mövsümdə qazandığı 12 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 7 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Persepolis”lə qarşılaşacaq. Bu oyun oktyabrın 30-da doğma meydanda baş tutacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
24
arena.az

10Mənbələr