AZ

AFFA “Kəpəz”i 10 000 manat cərimə etdi - ARENA.AZ

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. Gəncə klubu buna görə 1000 manat cərimə edilib. Oyunun 38-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə klubu 6000 manat cərimə edilib. Oyunun 68-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə komandası 3000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 3000 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
12
23
arena.az

10Mənbələr