AZ

AFFA Nika Çaçaşvilini bir oyunluq cəzalandırdı - ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Karvan” – “Şəki” oyununun 99-cu dəqiqəsində “Karvan”ın futbolçusu Nika Çaçaşvili ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Yevlax komandası buna görə 500 manat cərimə edilib.

“Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilib.

İntizam Komitəsi Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasının 8-ci turunun bir oyunu ilə də bağlı qərar qəbul edib:

“Qəbələ-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” klubu 200 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
23
arena.az

10Mənbələr