AZ

Kurban Berdıyev: “Şamaxı” üzərində qələbəyə layiq idik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 10-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Tovuzda baş tutmuş oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Təxmin etdiyimiz kimi, ağır oyun oldu. “Şamaxı” bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdirlər. Oyunlar keçdikcə, gücləri daha da artır. İkinci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik.

İlk hissədə həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Bu, məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha yaxşı oyun göstərdik. Futbolçular bir az sakitləşmişdilər.

Qazonla bağlı hər şey aydındır, özünüz hər şeyi görürsünüz. Oyunla bağlı danışaq. Emmanuel Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əsasən də ilk hissədə sadə səhvlərə yol verirdi. İkinci hissədə daha rahat və daha yaxşı oynadı”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
32
49
arena.az

10Mənbələr