Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilmiş “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıblar. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Buna qədər rekord 5-ci turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.
Xatırladaq ki, ümumilikdə Premyer Liqanın 2025/2026-cı illər mövsümünün baş tutmuş 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici hər oyna 1117 azarkeşə bərabərdir.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

